“Əl-Əhrar” qrupu İraqın şimalında Türkiyə hərbi bazasına hücumu üzərinə götürüb21 İyun 2022, 16:17 (GMT +4) Bakı, 21 iyun, SalamNews, B.Samid. “Əhrar əl-İraq” qrupu Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına hücumu üzərinə götürüb.
SalamNews bu barədə İraq mətbuatına istinadla xəbər verir.
Bildirilib ki, cari ayda iki dəfə Zlikan hərbi qərargahına hücum edilib ki, yenicə “Əhrar əl-İraq” qrupu bu hücumları üzərinə götürüb.
Qeyd edək ki, cari ayda İraqın şimalında yerləşən Zlikan hərbi bazası iki dəfə PUA və raketlərlə hədəfə alınıb.
Bu hücumlar Türkiyə Ordusunun İraqın şimalında hərbi əməliyyata başlaması fonunda həyata keçirilib.
|