Finlandiya Baş naziri Marin Ankaranın narahatlığını ciddi yanaşıldığını deyib24 İyun 2022, 13:37 (GMT +4) Bakı, 24 iyun, SalamNews . Helsinki Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyini ciddi qəbul edir və yaranmış ziddiyyətlərin həlli üçün dialoqa hazırdır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Aİ sammitinin birinci günü başa çatdıqdan sonra Finlandiyanın baş naziri Sanna Marin jurnalistlərə deyib.
"Türkiyə bir sıra suallar qaldırıb və müəyyən narahatlıqlarını ifadə edib. Təbii ki, biz buna ciddi yanaşırıq. Söhbət qanunvericiliyimizdən gedirsə, mümkün anlaşılmazlıqlara aydınlıq gətirmək, düzəlişlər etmək istərdik. İstənilən halda ortaya çıxan bütün məsələləri həll etməliyik", deyə Marin vurğulayıb.
|