Kuleba Rusiya ilə xüsusi əməliyyat başlamazdan əvvəl olan Ukrayna sərhədlərinin müzakirə olunacağını istisna etməyib
24 İyun 2022, 16:14 (GMT +4) Bakı, 24 iyun, SalamNews. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xüsusi əməliyyatı başlamazdan əvvəl müəyyən edilmiş ölkə sərhədlərinin müzakirə oluna biləcəyini istisna etməyib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, nazir bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün hər bir bənd dialoq predmeti ola bilər.
Diplomat vurğulayıb ki, “sülhə nail olma yolunu” Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin müzakirə etməlidir. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Ukrayna tərəfinin dövlət başçılarının görüşü ilə bağlı təklifi hələ də qüvvədədir.
Bununla yanaşı, Kuleba Ukraynanın suveren ərazisinin bütövlüyünü müdafiə etməyə davam edəcəyini vurğulayıb və Qərbin verdiyi silahların Donbassda cəbhəni sabitləşdirmək üçün kifayət etmədiyindən şikayətlənib.
|