BMT “Əl Cəzirə”nin jurnalistinin ölümündə İsraili təqsirli bilib24 İyun 2022, 14:54 (GMT +4) Bakı, 24 iyun, SalamNews, B.Samid. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı bildirib ki, araşdırma nəticələri ABŞ və Fələstin vətəndaşlığını daşıyan jurnalist Şirin Əbu-Aqilənin İsrail qüvvələri tərəfindən açılan güllə ilə öldürüldüyünü göstərir.
SalamNews FransPress-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü cümə günü bildirib ki, aidiyyatı komissiya fələstinli-amerikalı jurnalist Şirin Əbu Aqilənin mayın 11-də İsrail qüvvələri tərəfindən öldürüldüyü qənaətinə gəlib.
Ravina Şamdasani bu gün, cümə Cenevrədə keçirdiyi mətbuat konfransında deyib:
“İsrail ordusu və Fələstin baş prokuroru da daxil olmaqla fərqli mənbələrdən topladığımız bütün məlumatlar Əbu Aqiləni öldürən və onun həmkarı Əli Əl-Səmudini yaralayan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığını, İsrail ordusu tərəfindən təsadüfi atışma olmadığını təsdiqləyir.”
|