Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

DTX: Əcnəbiləri Azərbaycana qanunsuz keçirən şəxslər məsuliyyətə cəlb ediliblər

24 İyun 2022, 17:09 (GMT +4)

Bakı, 24 iyun, SalamNews. Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.

DTX-nin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.

Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2022, 07:55 (GMT +4)
Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

10 Avqust 2022, 20:02 (GMT +4)
Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10 Avqust 2022, 19:47 (GMT +4)
İki güləşçimiz Konyada medal qazanıb

10 Avqust 2022, 19:12 (GMT +4)
İslamiada: Patimat Abakarova bürünc medala sahib çıxıb

10 Avqust 2022, 18:39 (GMT +4)
Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik - De Byazi

10 Avqust 2022, 18:24 (GMT +4)
İslamiada: Həndbol millimiz Türkiyəyə məğlub olub

10 Avqust 2022, 17:58 (GMT +4)
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

10 Avqust 2022, 17:48 (GMT +4)
Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:45 (GMT +4)
Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

10 Avqust 2022, 17:38 (GMT +4)
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

10 Avqust 2022, 17:28 (GMT +4)
Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

10 Avqust 2022, 17:20 (GMT +4)
Ermənilər Çempionlar Liqası matçında təxribata əl atıb

10 Avqust 2022, 17:18 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

10 Avqust 2022, 17:08 (GMT +4)
CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

10 Avqust 2022, 17:05 (GMT +4)
Slovakiyanın keçmiş baş naziri: Rusiyaya qarşı sanksiyalar ölkəyə ziyan vurur

10 Avqust 2022, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 Avqust 2022, 16:49 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub, 6 vəfat edib

10 Avqust 2022, 16:29 (GMT +4)
Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

10 Avqust 2022, 16:19 (GMT +4)
Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

10 Avqust 2022, 16:14 (GMT +4)
“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının təqvimi açıqlanıb

10 Avqust 2022, 16:12 (GMT +4)
Azərsu: Balakəndə yeni su mənbəyi yaradılır

10 Avqust 2022, 16:02 (GMT +4)
Polşanın baş naziri: Biz Aİ daxilində imperializm təhlükəsini məğlub etməliyik

10 Avqust 2022, 15:50 (GMT +4)
Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşərək onların fikirini dinləyib

10 Avqust 2022, 15:42 (GMT +4)
İslamiada: Hacı Əliyev finala yüksəlib

10 Avqust 2022, 15:40 (GMT +4)
NATO-nun baş katibi Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edib

10 Avqust 2022, 15:38 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

10 Avqust 2022, 15:28 (GMT +4)
Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilib

10 Avqust 2022, 15:18 (GMT +4)
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

10 Avqust 2022, 15:08 (GMT +4)
İŞİD-in Suriyanın cənubu üzrə hərbi lideri məhv edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66