Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

USAID və Amerika Ticarət Palatası birgə konfrans keçirib (FOTO)

24 İyun 2022, 17:29 (GMT +4)

Bakı, 24 iyun, SalamNews. Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham) “Qadınların Milli Biznes Gündəliyi (QMBG) Platformasının İnkişafı Əsasında Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi” mövzusunda birgə konfrans keçirmişdir.

Yüksək vəzifəli dövlət məmurlarının, özəl sektor liderlərinin və diplomatik icmanın nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Amerika Ticarət Palatası Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə imzalamışdır.   

SalamNews xəbər verir ki, konfransda iştirak edən dövlət və özəl sektor nümayəndələri ölkə iqtisadiyyatında qadınların rolunun gücləndirilməsi məqsədilə daha əlverişli biznes mühitinin yaradılması yollarını müzakirə etmişdirlər.  Amerika Ticarət Palatası (AmCham) və USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan etmiş və onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif etmişdir. Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA), Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsini və Aqrar Kredit və İnkişaf Agentliyini təmsil edən dövlət məmurları çıxış etmişdirlər.  

“Qadınların Milli Biznes Gündəliyi (QMBG) iqtisadiyyatda və iş yerlərində qadınlar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir.  Biz belə hesab edirik ki, qadınlar milli iqtisadiyyatın vacib və aparıcı qüvvəsi olub Azərbaycanın dayanıqlı və inkluziv inkişafını sürətləndirən ən güclü potensiala malikdirlər. Biz, bu prosesdə öz dəstəyimizə istənilən mümkün yolla davam edəcəyik, çünki ABŞ hökuməti Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə və çiçəklənməsinə kömək edir”, - deyə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson bildirmişdir.       

“Qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. Ona görə də biz, Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik”, - deyə Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli bildirmişdir.   

Tədbirin sonunda sorğu, fokus qrupu müzakirələri və müsahibələr əsasında müəyyənləşdirilmiş prioritet məsələlər qrup şəklində müzakirə edilmişdir.  



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2022, 07:55 (GMT +4)
Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

10 Avqust 2022, 20:02 (GMT +4)
Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10 Avqust 2022, 19:47 (GMT +4)
İki güləşçimiz Konyada medal qazanıb

10 Avqust 2022, 19:12 (GMT +4)
İslamiada: Patimat Abakarova bürünc medala sahib çıxıb

10 Avqust 2022, 18:39 (GMT +4)
Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik - De Byazi

10 Avqust 2022, 18:24 (GMT +4)
İslamiada: Həndbol millimiz Türkiyəyə məğlub olub

10 Avqust 2022, 17:58 (GMT +4)
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

10 Avqust 2022, 17:48 (GMT +4)
Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:45 (GMT +4)
Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

10 Avqust 2022, 17:38 (GMT +4)
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

10 Avqust 2022, 17:28 (GMT +4)
Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

10 Avqust 2022, 17:20 (GMT +4)
Ermənilər Çempionlar Liqası matçında təxribata əl atıb

10 Avqust 2022, 17:18 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

10 Avqust 2022, 17:08 (GMT +4)
CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

10 Avqust 2022, 17:05 (GMT +4)
Slovakiyanın keçmiş baş naziri: Rusiyaya qarşı sanksiyalar ölkəyə ziyan vurur

10 Avqust 2022, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 Avqust 2022, 16:49 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub, 6 vəfat edib

10 Avqust 2022, 16:29 (GMT +4)
Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

10 Avqust 2022, 16:19 (GMT +4)
Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

10 Avqust 2022, 16:14 (GMT +4)
“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının təqvimi açıqlanıb

10 Avqust 2022, 16:12 (GMT +4)
Azərsu: Balakəndə yeni su mənbəyi yaradılır

10 Avqust 2022, 16:02 (GMT +4)
Polşanın baş naziri: Biz Aİ daxilində imperializm təhlükəsini məğlub etməliyik

10 Avqust 2022, 15:50 (GMT +4)
Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşərək onların fikirini dinləyib

10 Avqust 2022, 15:42 (GMT +4)
İslamiada: Hacı Əliyev finala yüksəlib

10 Avqust 2022, 15:40 (GMT +4)
NATO-nun baş katibi Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edib

10 Avqust 2022, 15:38 (GMT +4)
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

10 Avqust 2022, 15:28 (GMT +4)
Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilib

10 Avqust 2022, 15:18 (GMT +4)
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

10 Avqust 2022, 15:08 (GMT +4)
İŞİD-in Suriyanın cənubu üzrə hərbi lideri məhv edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66