Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

27 İyun 2022, 13:01 (GMT +4)

Bakı, 27 iyun, SalamNews. 27 iyun - dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.

SalamNews xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta biznes (KOB) iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Azərbaycanda sahibkarların təqribən 99,6%-ni KOB subyektləri təşkil edir. Bunun 93,3%-i mikro, 4,5%-i kiçik və 1,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərürfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85% artıb.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. KOBİA fəaliyyətini biznes sektoru ilə sıx əməkdaşlıq əsasında, onların ehtiyaclarının öyrənilməsi və qarşılanması istiqamətində qurub.

İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 32 min KOB subyektinin faydalandığı 2400-dən çox təlim keçirilib, 4500-dək sahibkarın yararlandığı 22 min saatdan artıq məsləhət xidməti göstərilib. 500-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb. Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 15, Agentlyin təşəbbüsü ilə isə 25 daxili bazar araşdırması aparılıb. KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün 42 “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 27 KOB subyektinə 500 min manatdan çox qrant vəsaiti verilib. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 37 sərgi və yarmarkada 850-dən çox KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün indiyədək KOB evlərində 125 mindən çox “G2B” və 7400-ə yaxın “B2B” olmaqla ümumilikdə 132 mindən çox xidmət göstərilib.

Beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara və sahibkarlıq sahəsində dövlətin prioritetlərinə uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir. 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Avqust 2022, 09:00 (GMT +4)
Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib

17 Avqust 2022, 19:02 (GMT +4)
İslamiada: Qadın cüdoçulardan ibarət millimiz 3-cü olub

17 Avqust 2022, 18:00 (GMT +4)
Azərbaycan və Misir turizm əlaqələrinin inkişafını müzakirə edib

17 Avqust 2022, 17:53 (GMT +4)
"Azercell Telecom" abunəçilərinə xəbərdarlıq edib

17 Avqust 2022, 17:50 (GMT +4)
Salyanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

17 Avqust 2022, 17:42 (GMT +4)
Azərbaycanda son on gündə 6 nəfəri gün vurub

17 Avqust 2022, 17:32 (GMT +4)
İran nüvə sazişi ilə yanaşı ABŞ-la məhbusların mübadiləsinə hazır olduğunu bildirib

17 Avqust 2022, 17:20 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

17 Avqust 2022, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub

17 Avqust 2022, 17:00 (GMT +4)
Tramp malikanəsində axtarışlardan sonra vəkil tutmağa çalışır: Hamı ona yox deyir

17 Avqust 2022, 16:57 (GMT +4)
DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

17 Avqust 2022, 16:47 (GMT +4)
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər

17 Avqust 2022, 16:40 (GMT +4)
AFFA milli komandalara yeni tərəfdaş tapıb

17 Avqust 2022, 16:37 (GMT +4)
"Azərişıq" şəbəkəyə qanunsuz qoşulma halları aşkar edib

17 Avqust 2022, 16:27 (GMT +4)
Çavuşoğlu: Türkiyə ilə İsrail səfir mübadiləsi həyata keçirəcək

17 Avqust 2022, 16:17 (GMT +4)
İraqda partiyalar ölkədə siyasi böhranın bitməsi üçün təcili toplantı keçirirlər

17 Avqust 2022, 16:12 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib

17 Avqust 2022, 16:00 (GMT +4)
Ölkə üzrə avqust ayının pensiya ödənişi yekunlaşıb

17 Avqust 2022, 15:47 (GMT +4)
Arestoviç ukraynalıları ruslara nifrət etdikləri üçün tənqid edib

17 Avqust 2022, 15:45 (GMT +4)
Ağalı kənd məktəbinə vakansiya seçiminə start verilir

17 Avqust 2022, 15:35 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər (YENİLƏNİB)

17 Avqust 2022, 15:30 (GMT +4)
İslamiada: Cüdo millimiz finala çıxıb

17 Avqust 2022, 15:25 (GMT +4)
Saakaşvili Ukraynadakı “mübarizədə iştirak etmək” istədiyini bildirib

17 Avqust 2022, 15:23 (GMT +4)
BNA “Qarabağ”ın oyunu ilə bağlı müraciət edib

17 Avqust 2022, 15:11 (GMT +4)
İran: Nüvə sazişi yolundayıq, razılaşma ilə aramızada elə də məsafə qalmayıb

17 Avqust 2022, 15:04 (GMT +4)
Ombudsmanın nümayəndələri Azərbaycanda məhkum edilmiş Ermənistan vətəndaşları ilə görüşüb

17 Avqust 2022, 15:00 (GMT +4)
Çempionlar Liqası: "Qarabağ" "Viktoriya" ilə qarşılaşır

17 Avqust 2022, 14:52 (GMT +4)
Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib

17 Avqust 2022, 14:40 (GMT +4)
Mənbə: Ərdoğan Lvovda İstanbul prosesinin bərpası üçün çıxış edə bilər

17 Avqust 2022, 14:30 (GMT +4)
Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66