CNN: ABŞ Ukraynanı orta və uzun mənzilli raketdən müdafiə sistemləri ilə təmin edəcək27 İyun 2022, 15:02 (GMT +4) Bakı, 27 iyun, SalamNews . ABŞ Ukraynanı orta və uzaq mənzilli raketdən müdafiə sistemləri ilə təchiz etməyə hazırdır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən "CNN" məlumat yayıb.
Məlumata görə, Vaşinqton bir həftə ərzində qabaqcıl "yer-hava" sistemlərini aldığını elan edəcək və onları Kiyevə təhvil verəcək.
Bundan başqa, əlavə artilleriya mərmilərinin tədarükü ilə bağlı məlumatların yayılması da gözlənilir.
Telekanal qeyd edir ki, Kiyev uzun müddətdir ki, Qərb ölkələrindən 160 km-ə qədər məsafədə hədəfləri vura bilən "NASAMS" mobil zenit-raket komplekslərinin tədarükünü istəyir, lakin onların mənimsənilməsi üçün əlavə təlimlər tələb olunacaq.
|