Conson: Ölkənin cənub-şərqində Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti “çox çətin”dir27 İyun 2022, 14:27 (GMT +4) Bakı, 27 iyun, SalamNews . Donbassda döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün çox çətindir, lakin onlar vəziyyəti dəyişə bilər.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson Almaniyada keçirilən G7 sammiti çərçivəsində bildirib.
"Bütün tərəfdaşlar ukraynalılara öz iqtisadiyyatlarını bərpa etməkdə, taxıllarının ixracına imkan verməkdə kömək etməyə davam etməlidirlər. Təbii ki, biz də onlara özlərini qorumaqda kömək etməliyik. Ölkənin cənub-şərqində vəziyyət çox çətin olaraq qalır, lakin ukraynalılar rusiya qoşunlarını geri çəkmək və döyüş əməliyyatlarının gedişatını dəyişmək üçün inanılmaz imkanlara malik olduqlarını nümayiş etdiriblər", deyə Conson bildirib.
|