Yeddi hərbçinin edam edilməsindən sonra Sudan-Efiopiya sərhədində vəziyyət gərginləşib27 İyun 2022, 14:40 (GMT +4) Bakı, 27 iyun, SalamNews, B.Samid. Efiopiya ilə sərhəddə yeddi Sudan hərbçisi əsir götürüldükdən sonra güllələnib. İki ölkə qüvvələri arasında gərginlik artıb.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, Sudan hökuməti Efiopiyanın səfirini Xartumda XİN-ə çağırıb.
Sudan hərbçilərin güllələnməsi ilə bağlı qarşı tərəfə kəskin etirazını bildirib.
Bu arada Sudanın Ordu başçısı vəziyyəti qiymətləndirmək üçün Efiopiya ilə sərhədə gedib.
Qeyd edək ki, Sudan Ordusu ötən gün axşam Efiopiya qüvvələrinin əsarətində olan yeddi hərbçisinin güllələndiyini bildirib. Bu hərbçilər ötən ay bölgədə gedən qarşıdurmalar zamanı əsir düşmüşdülər.
|