ZDF: Şolts Putinin iştirakına görə G20 sammitininin işini dayandırmamağa çağırıb27 İyun 2022, 16:32 (GMT +4) Bakı, 27 iyun, SalamNews . Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiya prezidenti Vladimir Putinin payızda keçiriləcək G20 sammitində mümkün iştirakına Qərb ölkələrinin reaksiyası iclasın işinə mane olmamalıdır.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə "ZDF" məlumat yayıb.
Kansler hesab edir ki, aparıcı iqtisadi güclər sammitdə böyük rol oynamağa davam edəcəklər, ona görə də onların sıx əməkdaşlığı indiki böhranlarda həmişəkindən daha vacibdir.
"Bu gün İndoneziya prezidenti ilə danışacağam. Cənab prezident Ukrayna lideri Volodimir Zelenskini də sammitə dəvət edib. G20 sammitinə əslində kimin gələcəyini bilmirəm. Ancaq bir şey aydındır: G20 öz rolunu oynamağa davam etməlidir", deəy Şolts vurğulayıb.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinin G20 sammitində iştirakı ilə bağlı məlumatlar iclasın başlamasına az qalmış yayılacaq. Bu məlumatlar isə əhəmiyyətli dərəcədə dəyişə bilər.
|