G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər27 İyun 2022, 17:02 (GMT +4) Bakı, 27 iyun, SalamNews . G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər.
G7 ölkələri Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
SalamNews-un "TASS"a istinadən verdiyi xəbərə görə, sənəddə deyilir ki, Ukraynanın özü kənardan təzyiq olmadan sülh yolu ilə nizamlanma barədə qərar verməlidir.
Ukraynada baş verən hadisələr fonunda “Yeddilik” 2022-ci ildə humanitar yardım kimi 2,8 milyard dollardan çox vəsait ayrılacağını açıqlayıb. G7 həmçinin Kiyev tərəfindən hazırlanıb həyata keçirilən Ukrayna üçün beynəlxalq bərpa planını dəstəkləməyə hazırdır.
G7 ölkələri Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi qərarını alqışlayırlar.
G7 liderləri Rusiyanı kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin Ukrayna limanlarından sərbəst keçməsinə zəmanət verməyə çağırıb.
G7 üzvləri Ukrayna ilə məlumat mübadiləsi, kəşfiyyat, informasiya və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdırlar. Bundan əlavə, G7 Ukraynanı taxıl, neft və digər kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında dəstəkləməkdə qərarlıdır.
|