Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Boksçularımız beynəlxalq turnirdən 7 medalla qayıdır

27 İyun 2022, 16:39 (GMT +4)

Bakı, 27 iyun, SalamNews, R.Nadirli. Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

SalamNews xəbər verir ki, Azərbaycan millisi 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.

Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın 2 boksçusu çempion tutuluna yiyələnib. 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmmədəli Qasımzadə (57 kq) də finalda komanda yoldaşının uğurunu təkrarlayıb. Avropa birinciliyinin mükafatçısı həlledici görüşdə bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayıb. Döyüşü 5:0 hesabı ilə aktivinə yazan boksçumuz turniri birinci yerdə başa vurub.

Tacı Nəsibov (50 kq) isə yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kq) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan himnini səsləndirib.

Komandamızın heyətində Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi turniri 7 medalla bitirib. 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Avqust 2022, 10:15 (GMT +4)
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat bu gün yekunlaşır

11 Avqust 2022, 10:03 (GMT +4)
Kür çayının sahilində çətənə bitkiləri yetişdirən şəxs tutulub

11 Avqust 2022, 09:51 (GMT +4)
ABŞ Senatı Baydeni FTB-ni “siyasi silaha” çevirməkdə ittiham edib

11 Avqust 2022, 09:40 (GMT +4)
Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib

11 Avqust 2022, 09:30 (GMT +4)
Məktəb direktoru vəzifəsinə qəbul üzrə müsabiqə başlayır

11 Avqust 2022, 09:20 (GMT +4)
BNA: 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkəti gecikir

11 Avqust 2022, 09:10 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

11 Avqust 2022, 09:00 (GMT +4)
Qeyri-Azərbaycan dilli tədris bölmələri üzrə məktəb seçiminə start verilib

11 Avqust 2022, 07:55 (GMT +4)
Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

10 Avqust 2022, 20:02 (GMT +4)
Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub

10 Avqust 2022, 19:47 (GMT +4)
İki güləşçimiz Konyada medal qazanıb

10 Avqust 2022, 19:12 (GMT +4)
İslamiada: Patimat Abakarova bürünc medala sahib çıxıb

10 Avqust 2022, 18:39 (GMT +4)
Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik - De Byazi

10 Avqust 2022, 18:24 (GMT +4)
İslamiada: Həndbol millimiz Türkiyəyə məğlub olub

10 Avqust 2022, 17:58 (GMT +4)
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

10 Avqust 2022, 17:48 (GMT +4)
Bank kartlarından pul talayan dəstə üzvləri saxlanıb

10 Avqust 2022, 17:45 (GMT +4)
Rusiyada mart ayından bəri COVID-19-a maksimum yoluxma faktı aşkarlanıb

10 Avqust 2022, 17:38 (GMT +4)
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

10 Avqust 2022, 17:28 (GMT +4)
Bu ilin 6 ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə 73 mindən çox tibbi xidmət göstərilib

10 Avqust 2022, 17:20 (GMT +4)
Ermənilər Çempionlar Liqası matçında təxribata əl atıb

10 Avqust 2022, 17:18 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi olub

10 Avqust 2022, 17:08 (GMT +4)
CNN: Rusiya qüvvələrinə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etmək üçün təlimlər başlayıb

10 Avqust 2022, 17:05 (GMT +4)
Slovakiyanın keçmiş baş naziri: Rusiyaya qarşı sanksiyalar ölkəyə ziyan vurur

10 Avqust 2022, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib

10 Avqust 2022, 16:49 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycanda daha 534 nəfər COVID-19-a yoluxub, 6 vəfat edib

10 Avqust 2022, 16:29 (GMT +4)
Bakı aeroportunun enerji təminatı üçün ehtiyat mənbələri işə salınıb

10 Avqust 2022, 16:19 (GMT +4)
Əfqanıstanın sabiq prezidenti: Konstitusiyaya əsasən prezident mənəm

10 Avqust 2022, 16:14 (GMT +4)
“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının təqvimi açıqlanıb

10 Avqust 2022, 16:12 (GMT +4)
Azərsu: Balakəndə yeni su mənbəyi yaradılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66