İsrail klubu "Qarabağ"ın futbolçusu üçün 400 min avro təklif edib28 İyun 2022, 14:12 (GMT +4) Bakı, 28 iyun, SalamNews, R.Nadirli. “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges İsrail klubundan təklif alıb.
SalamNews xəbər verir ki, “sambaçı” Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir. Klub Kadi üçün 400 min avroluq təklif göndərib.
Qeyd edək ki, Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayında başa çatır.
|