İran və Argentinanın BRİCS-ə üzvlüyü müzakirə edilir28 İyun 2022, 17:30 (GMT +4) Bakı, 28 iyun, SalamNews, B.Samid. İran və Argentinanın təklifindən sonra iki ölkənin sürətlə inkişaf edən ölkələr ittifaqına daxil olması müzakirəyə çıxarılır.
SalamNews xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün, çərşənbə axşamı Argentina və İranın “BRİCS”ə daxil olması barədə qərarın yekdilliklə qəbul ediləcəyini açıqlayıb və bu iki ölkənin layiqli namizədlər olduğunu vurğulayıb.
"Əlbəttə, həm Argentina, həm də İran, müzakirələrdə adı çəkilən bir sıra digər ölkələr kimi, layiqli və hörmətli namizədlərdir, lakin qərar yekdilliklə qəbul olunacaq", - Lavrov mətbuat konfransında deyib.
“Ən vacibi odur ki, hazırlıq prosesinə başlanılıb və burada əsas meyar ilk növbədə bu strukturun işinə daha çox səmərəliliyin təmin edilməsi və əməli təsirinin artırılması olacaq”, deyə o əlavə edib.
|