Türkiyə, Finlandiya və İsveç arasında “Üçlü Memorandum” imzalanıb29 İyun 2022, 09:54 (GMT +4) Bakı, 29 iyun, SalamNews . Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirak etdiyi dördtərəfli görüşdən sonra Türkiyə, Finlandiya və İsveç arasında “Üçlü Memorandum” imzalanıb.
SalamNews xəbər verir ki, bu barədə "AA" məlumat yayıb.
NATO sammitinin keçirildiyi Madriddəki İFEMA Konqres Mərkəzində keçirilən dördlü toplantıdan sonra hazırlanan “Üçlü Memorandum”u Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde imzalayıb
Memorandumda bildirilir ki, Türkiyə, Finlandiya və İsveç nümayəndələri NATO-nun baş katibi Stoltenberqin köməyi ilə aşağıdakı məsələlərdə razılığa gəliblər
-Türkiyə, Finlandiya və İsveç Vaşinqton Müqaviləsində göstərilən prinsip və dəyərlərə sadiq olduqlarını bəyan edirlər. Alyansın ən fundamental elementlərindən biri üzv dövlətlərin milli təhlükəsizliyinə birbaşa təhdid yaradan terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə tam həmrəylik və əməkdaşlıqdır
- Finlandiya və İsveç NATO üzrə gələcək müttəfiqlər kimi Türkiyənin milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı mübarizədə tam dəstək nümayiş etdirirlər.
-Razılaşmalar çərçivəsində Finlandiya və İsveç PYD/YPG və FETÖ olaraq bilinən təşkilatlara dəstək verməyəcək. Türkiyə həmçinin Finlandiya və İsveçin milli təhlükəsizliklərinə qarşı bütün təhdidlərə qarşı mübarizədə onlara tam dəstək verir
-Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürlərini ən sərt şəkildə rədd edir və pisləyir. Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, Türkiyə və həlak olanların ailələri ilə dərin həmrəylik hisslərini bölüşdüyünü bildirirlər. Finlandiya və İsveç PKK-nın qadağan olunan terror təşkilatı olduğunu təsdiqləyir
Türkiyə, Finlandiya və İsveç bu terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı genişləndirmək qərarına gəliblər. Finlandiya və İsveç yuxarıda sadalanan terror təşkilatlarının ambisiyalarını rədd edir
İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə təyinatlı məhsulların ixracı müttəfiqlik həmrəyliyi ruhunda və Vaşinqton sazişinin 3-cü maddəsinin ruhuna uyğun olaraq həyata keçiriləcək
.... .:.
|