Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlük razılaşması münasibətilə təbrik edib29 İyun 2022, 10:33 (GMT +4) Bakı, 29 iyun, SalamNews . ABŞ prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlüklə bağlı razılaşmaya görə təbrik edib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Bayden “Twitter” sosial şəbəkəsində yazıb.
"Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirəm. Bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi istiqamətində mühüm addımdır ki, bu da bizim ittifaqımızı möhkəmləndirəcək və kollektiv təhlükəsizliyimizi gücləndirəcək. Bu, NATO sammiti üçün əla başlanğıcdır", deyə Bayden qeyd edib.
|