Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı BMT-dəki hüquqlarından məhrum etməyə çağırıb29 İyun 2022, 12:23 (GMT +4) Bakı, 29 iyun, SalamNews . Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edib və Rusiyanı BMT hüquqlarından məhrum etməyə çağırıb.
SalamNews -un "AA"ya istinadən verdiyi xəbərə görə, prezident Zelenski Kremençukda ticarət mərkəzinə raket hücumundan sonra BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə danışıb.
Müharibə başlayandan bəri ikinci dəfə BMT Təhlükəsizlik Şurasına müraciət edən Zelenski deyib ki, Moskva ötən şənbə günü Ukraynaya 62, bazar günü isə 26 raket atıb.
Zelenski BMT-ni 18 nəfərin ölümü ilə nəticələnən ticarət mərkəzinə hücumla bağlı müstəqil araşdırma aparmağa çağırıb.
Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edən Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı terror fəaliyyətlərini dayandırana qədər BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasındakı hüquqlarından məhrum etməyə çağırıb.
Zelenski deyib ki, Rusiya Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının işində iştirak etməməlidir.
|