Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

29 İyun 2022, 11:52 (GMT +4)

Bakı, 29 iyun, SalamNews. Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.

Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Belə ki, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda

Kişilərdən:

əvvəl - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu;
bundan sonra - 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.
Qadınlardan:

əvvəl - 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdu;
bundan sonra - 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq.
Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır.

Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək.

Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.

Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60000 manat pensiya kapitalı olan kişiyə 294,12 manat (60000:204), qadına 256,41 manat (60000:234) pensiya təyin olunurdusa, yeni dəyişikliyə əsasən onlara 416,67 manat (60000:144) pensiya təyin olunacaq.

Yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir:

Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir.
Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq.
Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq.
Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək.
Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır.
Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq.
“Əmək pensiyaları haqqında” Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur.

Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə:

E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq;
Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq.
Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək. Yeni dəyişikliklə həmçinin:

5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara,
5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara,
sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir.
Yeni redaksiyada pensiya sisteminin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Avqust 2022, 03:03 (GMT +4)
"Qalatasaray" 2 məşhur futbolçu ilə müqavilə imzalayıb

09 Avqust 2022, 02:42 (GMT +4)
"Borussiya" "Köln"ün hücumçusu ilə anlaşıb

09 Avqust 2022, 02:15 (GMT +4)
Tahir Gözəl "Qarabağ"a dəstək olmaq üçün Macarıstana yollanıb

09 Avqust 2022, 02:00 (GMT +4)
Türkiyə çempionatı: “Fənərbaxça” ilk oyunda xal itirib

09 Avqust 2022, 00:39 (GMT +4)
İslamiada: Azərbaycanın voleybol yığması qalib gəlib

09 Avqust 2022, 00:22 (GMT +4)
"Neftçi" gürcü futbolçu transfer edib

08 Avqust 2022, 23:54 (GMT +4)
Azərbaycan məscidlərində Aşura gününün Şami-qəriban mərasimi keçirilib (FOTO)

08 Avqust 2022, 23:44 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Aşura mərasimində iştirak edib (FOTO)

08 Avqust 2022, 21:40 (GMT +4)
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb

08 Avqust 2022, 21:02 (GMT +4)
İslamiada: Azərbaycanın futbol millisi ilk oyunda məğlub olub

08 Avqust 2022, 19:30 (GMT +4)
Şahmat Olimpiadası: Qadın millimiz Ermənistanı darmadağın edib

08 Avqust 2022, 18:36 (GMT +4)
Selçuk Bayraktar Aşura günü ilə bağlı paylaşım edib

08 Avqust 2022, 18:00 (GMT +4)
Azərbaycan Mərkəzi Bankında yeni departamentlər və şöbələr yaradılıb

08 Avqust 2022, 17:49 (GMT +4)
III Yay Düşərgəsinin sonuncu panelində diaspor gənclərinin şəbəkələşməsi prosesi müzakirə edlib

08 Avqust 2022, 17:39 (GMT +4)
Kreml: Putinlə Zelenski arasında görüş üçün hazırlıq görülmür

08 Avqust 2022, 17:32 (GMT +4)
61 bağça müdiri işdən çıxarılıb, 1-i barədə hüquq-mühafizə orqanlarına müraciət olunub

08 Avqust 2022, 17:22 (GMT +4)
“Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edəcək

08 Avqust 2022, 17:12 (GMT +4)
Lukaşenko: Yalnız qaçanlar böhrandan çıxa biləcəklər, piyada gedsək - bizi əzəcəklər

08 Avqust 2022, 17:07 (GMT +4)
Bakıda avtomobil piyadaları vuraraq öldürüb

08 Avqust 2022, 16:57 (GMT +4)
Qaribaşvili: İnanırıq ki, məqsədimizə çatacağıq - Gürcüstan birləşəcək!

08 Avqust 2022, 16:48 (GMT +4)
İran Almaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb

08 Avqust 2022, 16:45 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

08 Avqust 2022, 16:35 (GMT +4)
Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

08 Avqust 2022, 16:25 (GMT +4)
Medvedyev: Rusiya öz şərtləri ilə Ukrayna ilə sülh əldə etməyə çalışacaq

08 Avqust 2022, 16:15 (GMT +4)
“Qarabağ”la matçda final fitinədək gücdən düşmək istəmirik - “Ferentsvaroş”un baş məşqçisi 

08 Avqust 2022, 16:10 (GMT +4)
RİA Novosti: ABŞ rəhbərliyi Zelenskini əvəz edəcək adam axtarır

08 Avqust 2022, 16:10 (GMT +4)
Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

08 Avqust 2022, 16:00 (GMT +4)
Bakıda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb

08 Avqust 2022, 15:53 (GMT +4)
Foreign Policy: Qərb Ukraynaya təxminən 11 milyard dollar maliyyə yardımı edib

08 Avqust 2022, 15:50 (GMT +4)
Bakı küçələrində Aşura ehsanı (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66