Şolts Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sualdan sonra gülüb29 İyun 2022, 13:12 (GMT +4) Bakı, 29 iyun, SalamNews . Almaniya kansleri Olaf Şolz üç günlük G7 sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistlərdən birinin Almaniya hökumətinin başçısına Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sual verməsindən sonra gülüb.
"Cənab kansler, G7 müharibədən sonra Ukraynaya təhlükəsizlik zəmanəti vəd edib. Bu zəmanətlərin nədən ibarət olduğunu izah edə bilərsinizmi?", deyə jurnalist soruşub.
"Bəli, izah edə bilərəm" deyə Şolts cavab verib. Eyni zamanda, gülümsəyib və yavaşca gülüb.
Bundan əlavə, Almaniya hökumətinin başçısı sözlər arasında kifayət qədər uzun fasilə ilə yadda qalıb. SalamNews "TASS"a istinadən xəbər verir ki, mətbuat konfransında iştirak edənlər də Şoltsun cavabına gülüblər.
Bir müddət öncə G7 liderlərinin sammitində videokonfransda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski bu dövlətləri Ukrayna üçün təhlükəsizlik təminatları üzrə işə qoşulmağa çağırıb.
|