Şolts: NATO lazım olduğu müddətcə Ukraynaya silah tədarük etməyə davam edəcək29 İyun 2022, 14:50 (GMT +4) Bakı, 29 iyun, SalamNews. Almaniya kansleri Olaf Şolts bildirib ki, Şimali Atlantika Alyansı ölkələri lazım olduğu müddətcə Ukraynaya silah tədarükünü davam etdirəcək.
SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Nə yaxşı ki, buraya toplaşan ölkələr, eləcə də bir çox başqa dövlətlər Ukraynanın özünü müdafiə edə bilməsi üçün öz üzərinə düşəni edir: Ukrayna maliyyə resursları, humanitar yardımlar, həmçinin təcili ehtiyacı olan silahlarla təmin olunur. Mesaj belədir: biz bunu davam etdirəcəyik, Ukraynanın özünü müdafiə edə bilməsi üçün nə qədər lazımdırsa, intensiv şəkildə kömək edəcəyik", deyə Şolts vurğulayıb.
|