Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

29 İyun 2022, 15:45 (GMT +4)

Bakı, 29 iyun, SalamNews. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın açıqlamasına münasibət bildirib.

SalamNews xəbər verir ki, Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verməsini şərh edib:

"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır.

Bu, Ermənistanın 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik.

Hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.

Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.

Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür".



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2022, 14:15 (GMT +4)
DYP: Yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb

08 Avqust 2022, 14:05 (GMT +4)
Nəcəfdə partlayış baş verib, yeddi nəfər həyatını itirib

08 Avqust 2022, 14:04 (GMT +4)
Ukraynadan qarğıdalı yükü daşıyan “Polarnet” gəmisi Türkiyənin Derince limanına çatıb

08 Avqust 2022, 14:00 (GMT +4)
Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

08 Avqust 2022, 13:45 (GMT +4)
Ötən yarım ildə 4873 şəxs barəsində amnistiya tətbiq edilib

08 Avqust 2022, 13:35 (GMT +4)
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim edib

08 Avqust 2022, 13:25 (GMT +4)
Zaur Mirzəzadənin vəkili: Ali Məhkəmədən ədalətli qərar gözləyirik

08 Avqust 2022, 13:22 (GMT +4)
Almaniyanın müxtəlif şəhərlərində Aşura mərasimləri keçirilib (VİDEO)

08 Avqust 2022, 13:21 (GMT +4)
ABŞ səfirliyi günəş panelləri quraşdırır (FOTO)

08 Avqust 2022, 13:15 (GMT +4)
BMT-nin baş katibi Quterreş: Ukraynada münaqişənin müddəti uzana bilər

08 Avqust 2022, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2022, 13:05 (GMT +4)
Boris Conson Londonda yerləşən yaşayış binasını satışa çıxarıb

08 Avqust 2022, 12:57 (GMT +4)
Rusiyanın yüksək rəsmisi HƏMAS lideri ilə İsrailin Qəzzaya hücumu barədə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 12:41 (GMT +4)
Bakı-Gəncə qatarında yenilik edilib

08 Avqust 2022, 12:31 (GMT +4)
MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdur

08 Avqust 2022, 12:22 (GMT +4)
Fərid Qayıbov boks millisinin məşqini izləyib

08 Avqust 2022, 12:21 (GMT +4)
Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

08 Avqust 2022, 12:11 (GMT +4)
Kərbəla, Nəcəf və Məşhəd Aşura günündə (VİDEO)

08 Avqust 2022, 12:07 (GMT +4)
Allahşükür Paşazadə: Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir

08 Avqust 2022, 11:54 (GMT +4)
Azərbaycan nefti ötən həftə 10 dollara yaxın ucuzlaşıb

08 Avqust 2022, 11:49 (GMT +4)
Fransa çempionatında ilk turun oyunları başa çatıb

08 Avqust 2022, 11:44 (GMT +4)
Qustavo Petro Kolumbiya prezidenti kimi rəsmən and içib

08 Avqust 2022, 11:31 (GMT +4)
Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya hücumu barədə HƏMAS lideri ilə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 11:31 (GMT +4)
Bakının Qaradağ rayonunda 3 km-lik yolun təmirinə başlanılıb

08 Avqust 2022, 11:28 (GMT +4)
Tovuzda bankomat kartından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

08 Avqust 2022, 11:18 (GMT +4)
FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

08 Avqust 2022, 11:12 (GMT +4)
Qurban Qurbanov: Səfərə çox böyük inamla və çəkinmədən gedirik

08 Avqust 2022, 11:08 (GMT +4)
Ceyhun Bayramov Ankaraya yola düşüb

08 Avqust 2022, 10:58 (GMT +4)
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışları davam etdirilir

08 Avqust 2022, 10:48 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı artıb, yekun rəqəm açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66