BNA: "14 marşrut xətti üzrə 25 avtobusun hərəkəti 16 dəqiqə gecikir"29 İyun 2022, 15:55 (GMT +4) Bakı, 29 iyun, SalamNews. Hazırda Bakının Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir.
Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Vahid Dispetçer Xidmətinin məlumatına görə bu dəqiqələrdə qeyd olunan ümumilikdə 14 marşrut xətti üzrə 25 ədəd avtobusun hərəkət intervalında 16-20 dəqiqə lənginmə var.
|