Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir 29 İyun 2022, 16:32 (GMT +4) Bakı, 29 iyun, SalamNews. İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.
SalamNews xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.
Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.
|