NATO rəsmi olaraq İsveç və Finlandiyanı üzvlüyə dəvət edib29 İyun 2022, 17:10 (GMT +4) Bakı, 29 iyun, SalamNews. NATO liderləri Madriddə keçirilən sammitdə İsveç və Finlandiyanı alyansa qoşulmağa rəsmən dəvət ediblər.
SalamNews xəbər verir ki, bu barədə "RİA Novosti" ilk görüşün yekunlarına dair rəsmi bəyannaməyə istinadən məlumat yayıb.
"Bu gün biz İsveç və Finlandiyanı NATO-ya üzv olmağa dəvət etmək qərarına gəldik", deyə bəyanatda deyilir.
Ehtimal olunur ki, çərşənbə günü, iyunun 29-da NATO, İsveç və Finlandiya müvafiq üzvlük protokolunu imzalayacaqlar. Sonra bu iki ölkənin alyansa daxil olması NATO-nun hazırkı 30 üzvünün parlamentləri tərəfindən ratifikasiya edilməlidir.
|