NATO Rusiyanı əsas təhlükə kimi göstərən Alyansın Strateji Konsepsiyasını qəbul edib29 İyun 2022, 17:38 (GMT +4) Bakı, 29 iyun, SalamNews . NATO-nun Madriddə keçirilən sammitində alyansın yeni strateji konsepsiyası təsdiqlənib və bu konsepsiyada Rusiya təşkilatın təhlükəsizliyinə ən ciddi təhdid olaraq göstərilib.
SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Rusiya Federasiyası müttəfiqlərin təhlükəsizliyinə, Avro-Atlantik məkanda sülh və sabitliyə ən əhəmiyyətli və birbaşa təhdiddir", deyə konsepsiyada bildirilir.
Strateji konsepsiyanın əsas tezisləri:
NATO Rusiya Federasiyası ilə qarşıdurma axtarmır və Moskva üçün təhlükə yaratmır.
Alyans riskləri azaltmaq və eskalasiyanın qarşısını almaq üçün Moskva ilə əlaqə kanallarını saxlamağı nəzərdə tutur.
NATO Rusiyanın hərəkətlərinə cavab olaraq çəkindirmə və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
NATO Rusiyanı tərəfdaş hesab edə bilməz, lakin kommunikasiya kanallarını açıq saxlamağa hazırdır.
|