İbrahim Rəisi: İran Türkmənistan qazının svop yolu ilə Azərbaycana nəqlini artırmağa hazırdır29 İyun 2022, 17:37 (GMT +4) Bakı, 29 iyun, SalamNews, B.Samid. “Azərbaycan Respublikası tərəfinin istəyini nəzərə alaraq İran Türkmənistandan Azərbaycana svop yolu ilə nəql edilən qazın miqdarını artırmağa hazırdır.”
SalamNews İRNA-a istinadən xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədovla görüşü zamanı bildirib.
İran prezidenti Türkmənistanla imzalanmış müqavilələrin icrasından, iki ölkə arasında əməkdaşlığın potensialının yüksək olmasından danışıb və ölkəsinin qazın svop yolu ilə Azərbaycana nəqlinin artırılmasına hazır olduğunu deyib.
Qeyd edək ki, İran prezidenti bu gün Aşqabadda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə də görüşüb və danışıqlar aparıb.
Xatırladaq ki, tərəflər birinci Aşqabad görüşündə qazın mübadiləsi barədə razılıq əldə edib, ötən ay isə svop yolu ilə nəql edilən qazın ikiqat artırılması barədə anlaşıblar.
|