Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Tanınmış jurnalist Zaur Mirzəzadənin vəkili: Müvəkkilim heç bir cinayət əməli törətməyib

29 İyun 2022, 17:05 (GMT +4)

Bakı, 29 iyun, SalamNews. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2021– ci il tarixli qərarı ilə bəraət hökmü alan və 17.05.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov tərəfindən əsassız və təhrif olunmuş faktlara əsasən beş il müddətinə azadlıqdan mərhum edilən jurnalist, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin direktoru Zaur Mirzəzadənin şərlənməsi ilə bağlı faktlar üzə çıxıb.

SalamNews-un xəbərinə görə, Jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev bildirib ki, Bakı Apellyasiya Məhkəməsi heç bir hüquqi əsas olmadan müvəkkilinin barəsində beş il müddətinə həbs qərarı çıxarıb: “İş materialları ilə yaxından tanış olan və Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin hüquqlarını müdafiə edən vəkil olaraq bəyan edirəm ki, müvəkkilim heç bir cinayət əməli törətməyib və Bakı Appelyasiya Məhkəməsinin onunla bağlı hökmü qanunsuzdur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş tam olaraq araşdırılıb və Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb. Sonradan Baş Prokurorluq heç bir əsaslandırma aparmadan və təhrif olunmuş sübutlar təqdim edərək onunla bağlı protest verib. Bakı Apellyasiya Məhkəməsində iş materialları araşdırılmadan prokurorluğun protetsi təmin edilib. Hakim Faiq Qasımov məhkəmə tədqiqatı aparsaydı, o zaman Zaurun günahsız olduğu sübuta yetiriləcəkdi. Bir halda ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində saxlanılmayıb, bu aydın şəkildə deməyə əsas verir ki, məsələyə subyektiv yanaşılıb və kənar müdaxilə ilə nəticələnib”.

Vəkil qeyd edir ki, vaxtilə Zaur Mirzəzadə ilə dostluq münasibətləri olan və Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş əməkdaşı Aygün Tarverdiyeva başqa bir şəxsdən aldatma yolu ilə 18 min AZN pul alıb: “2015-ci ildə bununla bağlı A.Tarverdiyevanı istintaqa çağırıblar və vəziyyətinin çıxılmaz olduğunu görən keçmiş dostu pulu Zaura verdiyini bəyan edib. 2017-ci ildə məlum olanda ki, Zaurun heç bir təqsiri yoxdur və sadəcə hansısa bir qadın tərəfindən şər-böhtana məruz qalır, onunla bağlı cinayət təqibinə son verilib.

Aygün Tarverdiyeva planlı olaraq Zaur Mirzəzadəni şərləyib. Zauru bu şərləməyə görə istintaqa cəlb ediblər və 3 müstəntiqin araştırmasına əsasən günahsızlığı sübuta yetirilib. Bu cinayət materiallarında da öz əksini tapıb. Məhz elə bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Mirzəzadə barəsində bəraət hökmü verib”.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2022, 14:15 (GMT +4)
DYP: Yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb

08 Avqust 2022, 14:05 (GMT +4)
Nəcəfdə partlayış baş verib, yeddi nəfər həyatını itirib

08 Avqust 2022, 14:04 (GMT +4)
Ukraynadan qarğıdalı yükü daşıyan “Polarnet” gəmisi Türkiyənin Derince limanına çatıb

08 Avqust 2022, 14:00 (GMT +4)
Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

08 Avqust 2022, 13:45 (GMT +4)
Ötən yarım ildə 4873 şəxs barəsində amnistiya tətbiq edilib

08 Avqust 2022, 13:35 (GMT +4)
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim edib

08 Avqust 2022, 13:25 (GMT +4)
Zaur Mirzəzadənin vəkili: Ali Məhkəmədən ədalətli qərar gözləyirik

08 Avqust 2022, 13:22 (GMT +4)
Almaniyanın müxtəlif şəhərlərində Aşura mərasimləri keçirilib (VİDEO)

08 Avqust 2022, 13:21 (GMT +4)
ABŞ səfirliyi günəş panelləri quraşdırır (FOTO)

08 Avqust 2022, 13:15 (GMT +4)
BMT-nin baş katibi Quterreş: Ukraynada münaqişənin müddəti uzana bilər

08 Avqust 2022, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2022, 13:05 (GMT +4)
Boris Conson Londonda yerləşən yaşayış binasını satışa çıxarıb

08 Avqust 2022, 12:57 (GMT +4)
Rusiyanın yüksək rəsmisi HƏMAS lideri ilə İsrailin Qəzzaya hücumu barədə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 12:41 (GMT +4)
Bakı-Gəncə qatarında yenilik edilib

08 Avqust 2022, 12:31 (GMT +4)
MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdur

08 Avqust 2022, 12:22 (GMT +4)
Fərid Qayıbov boks millisinin məşqini izləyib

08 Avqust 2022, 12:21 (GMT +4)
Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

08 Avqust 2022, 12:11 (GMT +4)
Kərbəla, Nəcəf və Məşhəd Aşura günündə (VİDEO)

08 Avqust 2022, 12:07 (GMT +4)
Allahşükür Paşazadə: Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir

08 Avqust 2022, 11:54 (GMT +4)
Azərbaycan nefti ötən həftə 10 dollara yaxın ucuzlaşıb

08 Avqust 2022, 11:49 (GMT +4)
Fransa çempionatında ilk turun oyunları başa çatıb

08 Avqust 2022, 11:44 (GMT +4)
Qustavo Petro Kolumbiya prezidenti kimi rəsmən and içib

08 Avqust 2022, 11:31 (GMT +4)
Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya hücumu barədə HƏMAS lideri ilə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 11:31 (GMT +4)
Bakının Qaradağ rayonunda 3 km-lik yolun təmirinə başlanılıb

08 Avqust 2022, 11:28 (GMT +4)
Tovuzda bankomat kartından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

08 Avqust 2022, 11:18 (GMT +4)
FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

08 Avqust 2022, 11:12 (GMT +4)
Qurban Qurbanov: Səfərə çox böyük inamla və çəkinmədən gedirik

08 Avqust 2022, 11:08 (GMT +4)
Ceyhun Bayramov Ankaraya yola düşüb

08 Avqust 2022, 10:58 (GMT +4)
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışları davam etdirilir

08 Avqust 2022, 10:48 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı artıb, yekun rəqəm açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66