Avropa çempionatı: Güləşçimiz Qurban Qurbanov gümüş medal qazanıb30 İyun 2022, 00:20 (GMT +4) Bakı, 30 iyun, SalamNews, R.Nadirli. Azərbaycan millisi İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa çempionatında daha 1 medal qazanıb.
SalamNews xəbər verir ki, 72 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçimiz Qurban Qurbanov finalda macarıstanlı Attila Toesmaqi ilə üz-üzə gəlib. O, 1:2 hesabı ilə uduzaraq, ikinci yeri tutub.
|