Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Gömrük Akademiyasında məzun günü keçirilib (FOTO)

30 İyun 2022, 09:44 (GMT +4)

Bakı, 30 iyun, SalamNews. İyunun 29-da Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üzrə “Məzun günü” qeyd olunub. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, məzunları və onların valideynləri iştirak ediblər.

SalamNews xəbər verir ki, tədbirdə ilk öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Akademiyanın fəaliyyətini özündə əks etdirən geniş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib, onların məzun olduğu dövrün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonrakı şərəfli və tarixi bir zamana təsadüf etdiyini diqqətə çatdırıb. Qısa zaman ərzində Akademiyanın yüksək nailiyyətlərə imza atdığını diqqətə çatdıran Qulu Novruzov cari ilin məzunlarının 4 illik tədris illərinin son 2 ilinin pandemiya dövrünə təsadüf etdiyinə və bu səbəbdən yaranmış çətinliklərə baxmayaraq Akademiya fəaliyyətini uğurla davam etdirərək key­fiy­yət­li təh­si­li ilə daim fərq­lən­di­yi­ni qeyd edib. Akademiyanın əvvəlki illərinin məzunlarının 44 günlük Vətən müharibəsindəki qəhramanlıqlarından söz açan Qulu Novruzov torpaqlarımızın işğaldan azad edilməsində məzunlarımızın da pay sahibi olmaqlarının hər birimiz üçün qürürverici olduğunu bildirib. Şanlı qələbədən sonra Qarabağda geniş vüsət alan abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsində gənc kadrların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Qulu Novruzov Akademiyanın məzunlarının bu tarixi missiyada yaxından iştirak etməklə, ümummilli prosesə töhfə verəcəklərinə ümidvar olduğunu qeyd edib.

Keyfiyyətli tədris prosesi sayəsində yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi istiqamətində dəstəyini daim göstərən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki cənab Səfər Mehdiyev başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, əməkdaşlarına və bu şərəfli missiyanın yerinə yetirilməsində önəmli pay sahibi olan məzunların valideynlərinə öz təşəkkürünü bildirən Qulu Novruzov, məzun adını qazanmış bütün tələbələri bir daha ürəkdən təbrik edərək onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbirdə çıxış edən məzunların valideynləri Akademiyanın fəaliyyətini yüksək qiymətləndirərək təhsil aldıqları müddətdə övladları üçün yaradılan hər bir şəraitə görə, Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.

Öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşən məzunlar da Akademiyada təhsil aldıqları müddətdə rəhbərlik və professor-müəllim heyəti tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini və məzun olduqları xüsusi təyinatlı ali təhsil müəssisəsi ilə qürur duyduqlarını bildirərək gələcəkdə də öz fəaliyyətləri ilə Gömrük Akademiyasının adını daim uca tutacaqlarını qeyd ediblər.

Tədbirdə çıxış edən Akademiyanın 2019/2020-ci tədris ilinin məzunu, 44 günlük Vətən müharibəsi iştirakçısı İmamverdi Novruzov da məzunları təbrik edərək, onlara Vətənimizin tərəqqisi naminə bundan sonra da uğurla çalışmağı tövsiyə edib.

Daha sonra yüksək akademik göstəricilərinə və Akademiyanın ictimai-sosial həyatında, mədəni-kütləvi tədbirlərində göstərdikləri xüsusi fəallığa görə fərqlənən məzunlara "Fəxri Fərman"lar təqdim olunub.

Sonda məzunların ənənəvi "papaq atma" mərasimi keçirilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2022, 13:35 (GMT +4)
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim edib

08 Avqust 2022, 13:25 (GMT +4)
Zaur Mirzəzadənin vəkili: Ali Məhkəmədən ədalətli qərar gözləyirik

08 Avqust 2022, 13:22 (GMT +4)
Almaniyanın müxtəlif şəhərlərində Aşura mərasimləri keçirilib (VİDEO)

08 Avqust 2022, 13:21 (GMT +4)
ABŞ səfirliyi günəş panelləri quraşdırır (FOTO)

08 Avqust 2022, 13:15 (GMT +4)
BMT-nin baş katibi Quterreş: Ukraynada münaqişənin müddəti uzana bilər

08 Avqust 2022, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2022, 13:05 (GMT +4)
Boris Conson Londonda yerləşən yaşayış binasını satışa çıxarıb

08 Avqust 2022, 12:57 (GMT +4)
Rusiyanın yüksək rəsmisi HƏMAS lideri ilə İsrailin Qəzzaya hücumu barədə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 12:45 (GMT +4)
Ötən yarım ildə 4873 şəxs barəsində amnistiya tətbiq edilib

08 Avqust 2022, 12:41 (GMT +4)
Bakı-Gəncə qatarında yenilik edilib

08 Avqust 2022, 12:31 (GMT +4)
MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdur

08 Avqust 2022, 12:21 (GMT +4)
Magistraturaya boş qalan yerlərə qəbul elan edilib

08 Avqust 2022, 12:11 (GMT +4)
Kərbəla, Nəcəf və Məşhəd Aşura günündə (VİDEO)

08 Avqust 2022, 12:07 (GMT +4)
Allahşükür Paşazadə: Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir

08 Avqust 2022, 11:54 (GMT +4)
Azərbaycan nefti ötən həftə 10 dollara yaxın ucuzlaşıb

08 Avqust 2022, 11:44 (GMT +4)
Qustavo Petro Kolumbiya prezidenti kimi rəsmən and içib

08 Avqust 2022, 11:31 (GMT +4)
Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya hücumu barədə HƏMAS lideri ilə fikir mübadiləsi aparıb

08 Avqust 2022, 11:31 (GMT +4)
Bakının Qaradağ rayonunda 3 km-lik yolun təmirinə başlanılıb

08 Avqust 2022, 11:28 (GMT +4)
Tovuzda bankomat kartından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

08 Avqust 2022, 11:18 (GMT +4)
FHN: Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

08 Avqust 2022, 11:12 (GMT +4)
Qurban Qurbanov: Səfərə çox böyük inamla və çəkinmədən gedirik

08 Avqust 2022, 11:08 (GMT +4)
Ceyhun Bayramov Ankaraya yola düşüb

08 Avqust 2022, 10:58 (GMT +4)
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışları davam etdirilir

08 Avqust 2022, 10:48 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı artıb, yekun rəqəm açıqlanıb

08 Avqust 2022, 10:40 (GMT +4)
Çin MN ABŞ-ı Tayvanın köməyi ilə ÇXR üzərində nəzarət illüziyalarından əl çəkməyə çağırıb

08 Avqust 2022, 10:30 (GMT +4)
Səhiyyə Nazirliyi kimlərin qan donoru ola bilməyəcəyini açıqlayıb

08 Avqust 2022, 10:20 (GMT +4)
ABŞ senatorları yenidən Ağ Evi Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyə çağırıblar

08 Avqust 2022, 10:10 (GMT +4)
Bakıda bələdiyyə binasında yanğın olub

08 Avqust 2022, 10:10 (GMT +4)
Aşuranın övladları (FOTO)

08 Avqust 2022, 10:00 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" mövsümə qələbə ilə başlayıb - (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66