Makron: Fransa və Türkiyə NATO-nun birliyinə və gücünə sadiqdirlər30 İyun 2022, 10:13 (GMT +4) Bakı, 30 iyun, SalamNews . Fransa prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə və gücünə sadiq olduğunu bildirib.
SalamNews -un AA-ya istinadla verdiyi xəbərə görə, prezident Makron “Twitter” sosial şəbəkəsində qeyd edib ki, Ukrayna müharibəsi fonunda Fransa və Türkiyə NATO-nun birliyinə və gücünə hər zamankindən daha çox sadiqdir.
Onun sözlərinə görə, Fransa və Türkiyə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcəklər.
|