İranla ABŞ-ın Qətərdə keçirilən nüvə danışıqları nəticəsiz başa çatıb30 İyun 2022, 10:05 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. Avropa İttifaqının vasitəçiliyi ilə Qətərin paytaxtı Dohada keçirilən iki günlük nüvə danışıqları nəticəsiz qalıb.
SalamNews xəbər verir ki, bu barədə ABŞ mənbələri Axios İnformasiya Agentliyinə məlumat veriblər.
Bildirilib ki, Qətərin paytaxtı Dohada Aİ-nin vasitəçiliyi ilə nüvə sazişinin bərpası istiqamətində aparılan nüvə danışıqları nəticəsiz qalıb.
ABŞ Dövlət Katibliyi danışıqların nəticəsiz qalmasında İranı ittihamlandırıb.
Bundan öncə Aİ-nin nüvə danışıqları üzrə nümayəndəsi Enrike Mora sanksiyaların ləğv edilməsi məsələsində ABŞ-ın güzəştə getmək istəmədiyini yazmışdı.
İran tərəfi bildirir ki, yeni sazişdə İrana lazım olan iqtisadi imtiyazlar nəzərə alınmalıdır.
|