İslam təqviminin Həcc, Qurbanlıq və Qədir-xum ayı olan zilhiccə ayı başlayır30 İyun 2022, 11:02 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. Hicri-qəməri təqvim ilinin son ayı, Həcc, Qurbanlıq, Qədir-xum və sair dini-tarixi hadisələri özündə ehtiva edən zilhiccə ayı başlayır. Zilhiccə ayı hicri-qəməri təqvim ilinin sonuncu ayıdır. Ondan sonra isə növbəti ilin məhərrəm ayı gəlir.
SalamNews xəbər verir ki, Zilhiccə ayı bir çox dini ayinləri və dini-tarixi hadisələri özündə ehtiva edir.
Bu ayın biri müsəlmanların birinci imamı İmam Əli (ə) ilə imamlar anası və peyğəmbər qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür.
Bu ayın yeddisi beşinci imam Məhəmməd Baqirin (ə) şəhid edilən günüdür.
Zilhiccənin 8-dən həcc mərasiminin ayinləri başlayır və 13-ə kimi davam edir.
Bu ayinlərin içində Qurbanlıq daha çox əhəmiyyət kəsb edir və təkcə Məkkədəki hacılar deyil, bütün müsəlman dünyası, o cümlədən Azərbaycan əhalisi də onu qeyd edir.
Ayın 15-i doqquzuncu imam İmam Hadinin (ə) mövlud gününə təsadüf etdiyi halda, 18-i də Qədir-Xum gününə təsadüf edir. Bu gündə müsəlmanların birinci imamı Əli ibni Əbu-Talib on minlərlə insanın qarşısında Peyğəmbər tərəfindən canişinliyə təyin edilib.
|