Putin NATO bazalarının Finlandiya və İsveçdə yerləşdirilməsinə güzgülü cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib30 İyun 2022, 11:54 (GMT +4) Bakı, 30 iyun, SalamNews . Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmasından narahat deyil, lakin alyansın hərbi infrastrukturunun bu ölkələrdə yerləşdirilməsini güzgülü şəkildə cavab verəcək.
SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"İsveç və Finlandiyaya gəlincə, bizim Ukrayna ilə olduğu kimi, İsveç və Finlandiya ilə problemlərimiz yoxdur. Bizim heç bir ərazi məsələmiz və mübahisəmiz yoxdur, Finlandiya və İsveçin NATO-ya üzvlüyü baxımından bizi narahat edəcək heç nə yoxdur. Yalnız onlar aydın təsəvvür etməlidirlər ki, əvvəllər onlara qarşı heç bir təhlükə yox idi, indi isə ora hərbi kontingentlər və infrastruktur yerləşdirilsə, biz güzgülü şəkildə cavab verməli və bizə təhlükələrin yarandığı ərazilərə də eyni təhlükələri yaratmalı olacağıq", deyə Putin vurğulayıb.
"Bu açıq-aydın bir şeydir! Bunu başa düşmürlər? Finlandiya və İsveçlə aramızda hər şey yaxşı idi amma indi bəzi gərginliklər olacaq, bu göz qabağındadır, təbii ki, bunsuz mümkün deyil", deyə Kreml rəhbəri əlavə edib.
|