CNN: Nyu York məhkəməsi Donald Trampa məhkəməyə hörmətsizliklə bağlı bəraət verib30 İyun 2022, 13:23 (GMT +4) Bakı, 30 iyun, SalamNews . ABŞ-ın keçmiş prezidenti Donald Tramp artıq Nyu York məhkəməsinə hörmətsizlikdə ittiham olunmur.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, hakim Artur Enqoron əlavə sənədləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlib ki, ABŞ-ın 45-ci prezidenti işə baxılması üçün zəruri olan materialların təqdim edilməsi ilə bağlı tələblərə əməl edib. Bundan əvvəl Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə 110 min dollar cərimə ödəməli olub. Telekanal qeyd edir ki, bu məbləğ məhkəmə prosesinin sonuna qədər xüsusi hesabda saxlanılacaq.
Aprelin əvvəlində ştatın baş prokuroru Letitia Ceyms Trampın sahibi olduğu “Trump Organization”da maliyyə fırıldaqçılığı iddiası ilə onu mühakimə etmək niyyətində olduğunu açıqlayıb.
|