ABŞ və Taliban Dohada Əfqanıstanın dondurulmuş pulları ilə bağlı danışıqlara başlayıblar30 İyun 2022, 12:33 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. ABŞ Əfqanıstana aid dondurulan yeddi milyard dollardan bir qisminin qaytarılmasını istəyir. Bu istiqamətdə Dohada danışıqlar başlayıb.
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi danışıqlar məqsədilə Dohaya yollanıb.
Danışıqlar ABŞ tərəfi ilə aparılır və məqsəd Əfqanıstana məxsus dondurulan vəsaitin kiçik bir miqdarının qaytarılmasıdır.
Məlumata görə ABŞ hökuməti Əfqanıstanda dağıdıcı zəlzələdən sonra çoxsaylı tələblər və çağırışlarla üzləşib. ABŞ hökuməti mənbələrinin məlumatına görə dondurulan yeddi milyardın kiçik bir qismini yalnız zəlzələdən zərər çəkənlərə sərf edilməsi üçün müvafiq mexanizm üzərində iş gedir.
Qeyd edək ki, ABŞ hökuməti Əfqanıstanın dondurulan yeddi milyard dollarının yarısını 11 sentyabr hadisələrinin qurbanlarına sərf edilməsi barədə qərar verib. Taliban hökuməti bu addımı oğurluq adlandırıb.
|