Səudiyyənin Yəmənlə sərhəddə yerləşən strateji hava limanı partlayışlara görə fəaliyyətini dayandırıb30 İyun 2022, 13:44 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. Bu gün sübh Səudiyyə Ərəbistanın Xams-Mşit bölgəsində strateji hava limanın səmasında partlayışlar eşidilib.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, hələ səbəbi və mahiyyəti açıqlanmayan partlayışların ucbatından Əbha hava limanı fəaliyyətini dayandırıb.
Bundan öncə yerli KİV-lər Xams-Mşit səmasında şiddətli partlayış səslərinin eşidildiyini bildirmişdilər.
Qeyd edək ki, bu hava limanı Yəmənlə sərhəddə yerləşir və husilər bu hava limanına tez tez ballistik raket və PUA-lardan hücumlar həyata keçirirdilər. Lakin husilər hələ bu partlayışlar barədə mövqe bildirməyiblər. Əlavə edək ki, hazırda Yəməndə atəşkəs rejimi hökm sürür.
|