Britaniya Rusiyanın NATO-nun genişlənməsinin nəticələri ilə bağlı bəyanatlarına məhəl qoymamağa çağırıb30 İyun 2022, 17:12 (GMT +4) Bakı, 30 iyun, SalamNews . Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın NATO-nun genişlənməsinə və Ukraynaya silah tədarükünə “reaksiya” ilə bağlı bəyanatlarına məhəl qoymamağa çağırıb.
SalamNews "TASS"a istinadən xəbər verir ki, Trass bu barədə "Sky News" telekanalına müsahibəsində bildirib.
"Putin həm Finlandiya və İsveçin NATO-ya daxil olmasını, həm də Qərb ölkələrinin Ukraynaya silah tədarükünü qırmızı xətt adlandırdı, lakin bu, sadəcə, ritorikadır. Biz ritorikaya məhəl qoymamalı və əksinə, bu dəhşətli müharibədə qalib gəlmək üçün Ukraynaya lazım olan silahlarla kömək etmək üçün əlimizdən gələni etməliyik", deyə nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, əgər tərəfdaşlar yardımı dayandırsa, gələcəkdə Avropanın təhlükəsizliyinə təhdid daha da güclənəcək.
Bundan əlavə, XİN rəhbəri əlavə edib ki, Rusiyaya qarşı sanksiya təzyiqini saxlamaq və Şimali Atlantika Alyansı üzvlərinin müdafiə xərclərini artırmaq lazımdır.
|