Araz çayının su və enerji ehtiyatlarından istifadə ilə bağlı İran və Azərbaycan arasında sənəd imzalanıb30 İyun 2022, 14:34 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. Təbrizdə keçirilən görüşdə Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə iki ölkə arasında sənəd imzalanıb.
SalamNews xəbər verir ki, Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə İran və Azərbaycanın Birgə Komissiyasının Təbriz şəhərində keçirilən 51-ci görüşündə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, su və enerji ehtiyatlarından birgə istifadə ilə bağlı protokol imzalanıb.
|