“Atletik” yeni baş məşqçisini açıqlayıb30 İyun 2022, 15:19 (GMT +4) Bakı, 30 iyun, SalamNews, R.Nadirli. Ernesto Valverde “Atletik”in baş məşqçisi təyin edilib.
SalamNews xəbər verir ki, bu barədə Bilbao klubunun rəsmi saytı məlumat yayıb. Mütəxəssis bundan əvvəl 2013-2017-ci illərdə 4 mövsüm basklara rəhbərlik edib. Onun rəhbərliyi altında “Atletik” 213 oyun keçirib və bunun 102-də qalib gəlib. 2015-ci ildə basklar Valverdenin rəhbərliyi altında İspaniya superkubokunu qazanıb.
2017-ci ilin yayından 2020-ci ilin yanvarına qədər Valverde “Barselona”ya rəhbərlik edib.
|