Dünyanın ən çox konteyner daşıya bilən gəmisi ilk dəfə olaraq Suveyş kanalından keçib (FOTO)30 İyun 2022, 16:50 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. “Ever Art” ticarət-yük gəmisi ilk dəfə olaraq Suveyş kanalından keçib.
SalamNews RT.Arabic-ə istinadən xəbər verir ki, bu barədə Misirin Suveyş kanalının İdarə Heyətinin sədri Üsamə Rəbi açıqlama verib.
Bildirilib ki, dünyanın ən böyük konteyner daşıya bilən gəmisi ötən gün kanaldan heç bir təhlükə olmadan keçib.
Okean sularında yenicə üzməyə başlayan bu gəmi yüklərini Malayziyadan Niderlandın Roterdam limanına aparır.
Qeyd edək ki, bu gəminin uzunluğu 400, eni isə 62 metrdir. Bu gəmi 24 min kontiner və 221 min ton yük daşıya bilir. Suveyş Kanalının İdarəsi bildirib ki, ötən gün buradan 83 gəmi keçib ki, onların daşıdığı yükün həcmi 4.8 milyon ton olub.
Bildirək 2021-ci ildə Misirin Suveyş kanalından gəliri yeddi milyard dolları keçib.
|