İran Qətərdə ABŞ tərəfi ilə aparılan nüvə danışqılarını müsbət qiymətləndirib30 İyun 2022, 17:49 (GMT +4) Bakı, 30 iyun, SalamNews, B.Samid. İran Dohada Avropa İttifaqının vasitəçiliyi ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
O, qətərli həmkarı ilə bu gün telefon danışğında Aİ-nin vasitəsi ilə nüvə sazişinin bərpası istiqamətində ABŞ tərəfi ilə aparılan danışıqları müsbət qiymətləndirib.
Qeyd edək ki, İran tərəfinin əksinə olaraq ABŞ Dövlət Katibliyi bu danışıqlardan məyusluğunu ifadə edib.
Xatırladaq ki, üç gün öncə nüvə sazişinin bərpası ilə bağlı danışıqların məkanı Vyanadan Dohaya köçürülüb.
|