İranın Hörmüzqan əyalətində 6.3 bal gücündə zəlzələ baş verib, ölən və yaralananlar var (VİDEO)02 İyul 2022, 09:59 (GMT +4) Bakı, 2 iyul, SalamNews, B.Samid. İranın cənubunda, Fars Körfəzi sahili bölgəsində baş verən 6.3 ballıq zəlzələdə azı beş nəfər ölüb.
SalamNews İRNA-a istinadən xəbər verir ki, İranın Təcili Tibbi Yardım Təşkilatı zəlzələ nəticəsində indiyə qədər beş nəfərin ölümünün qeydə alındığını və 50-ə yaxın insanın xəsarət aldığını bildirib.
Məlumata görə gecə saatlarında zəlzələ iki dəfə baş verib. Onların birincisi 6.3, ikincisi isə 6.1 bal gücündə olub.
Zəlzələnin mərkəzi Hörmüzqan əyalətinin Bəndər-Lenge bölgəsində qeydə alınıb.
Dağıntılar var. İranın aidiyyatı qurumları zəlzələnin xəsarətləri və vurduğu ziyanları qiymətləndirirlər.
|