Rusiyada güclü zəlzələ baş verib02 İyul 2022, 12:32 (GMT +4) Bakı, 2 iyul, SalamNews . Saxalinin cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
SalamNews -un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
"Seysmik hadisənin episentri 331 km dərinlikdə yerləşir. Zəlzələnin mərkəzi Severo-Kurilskdən 1191 km aralıda yerləşir", deyə məlumatda deyilir.
İyulun 2-də Yaponiya Meteorologiya İdarəsi Hokkaydo və Saxalin arasındakı Laperuza boğazı ərazisində 5,9 bal gücündə zəlzələ qeydə alıb. Yeraltı təkanlar Hokkaydo və Yaponiyanın əsas Honsyu adasında yerləşən Aomori prefekturasının sakinləri tərəfindən hiss olunub.
|