DİN: Bakıda bağ evindən 10 min avro oğurlanıb02 İyul 2022, 14:33 (GMT +4) Bakı, 2 iyul, SalamNews. Bakıda evdən 10 min avro oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10 min avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
|