Senator Puşkov: Qərb dünyası Ukraynanın Almaniyadakı səfiri Melnikin aqressiv sözlərini udur02 İyul 2022, 15:27 (GMT +4) Bakı, 2 iyul, SalamNews . Rusiya Federasiyası Federasiya Şurasının senatoru Aleksey Puşkov bildirib ki, Qərb dünyası, o cümlədən Almaniya Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin “aqressiv ifadələrini udur”.
SalamNews -un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Puşkovun sözlərinə görə, Melnik Ukrayna diplomatiyasının simasını “açıq aşkar” göstərir. Senator iddia edir ki, bundan təkcə İsrail deyil, digər dövlətlər də şokdadır.
Bundan öncə Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik alman bloqger və jurnalist Tilo Yunqa müsahibəsində Ukrayna millətçi hərəkatının təşkilatçısı Stepan Banderanın “azadlıq döyüşçüsü” olduğunu bildirib.
|