Quterreş Ukraynadakı münaqişənin iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini kölgədə qoyduğundan təəssüflənib02 İyul 2022, 16:18 (GMT +4) Bakı, 2 iyul, SalamNews. BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, yaranan yeni regional münaqişələrə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə bütün dünya ölkələri üçün əsas prioritet olmalıdır.
SalamNews xəbər verir ki, “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, bu barədə “The Guardian” nəşrinə məlumat verib.
"Ukraynadakı müharibə xüsusilə narahatlıq doğurur, çünki iqlim dəyişikliyi ilə mübarizəni böyük ölçüdə kənara qoyub. İqlimi yenidən birgə gündəliyimizin əsas bəndinə çevirmək üçün əlimizdən gələni etməliyik", deyə Quterreş vurğulayıb.
Bundan əvvəl Quterreş bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar gübrələrin qiymətinin artması bütün əsas ərzaq məhsullarının qıtlığı ilə təhlükə yaradır. Onun sözlərinə görə, dünyada ərzaq qiymətləri rekord həddə çatıb.
|