MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib02 İyul 2022, 16:27 (GMT +4) Bakı, 2 iyul, SalamNews. Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
|