İranla ABŞ-ın nüvə danışıqlarının məkanı dəyişdirilir04 İyul 2022, 09:25 (GMT +4) Bakı, 4 iyul, SalamNews, B.Samid. Avropa İttifaqının vasitəçiliyi ilə İranla ABŞ-ın Dohada apardığı danışıqlar bitəndən sonra bu müzakirələrin yeni məkanı və zamanı haqda məsləhətləşmələr aparılır.
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini, bu ölkəni nüvə danışıqlarında təmsil edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri-Kəni deyib.
Onun sözlərinə görə Aİ-nin rəsmisi Enrike Mora ilə danışıqların məkanı və zamanı barədə danışıqlar aparılır.
Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar Avropada, daha sonra isə Qətərin paytaxtı Dohaya köçürülüb. İran tərəfi Dohada keçirilən iki günlük danışıqları müsbət qiymətləndirsə də ABŞ bundan razı qalmadığını dilə gətirib.
|