Aydınlık: Türkiyənin böyük şəhərlərində NATO-dan çıxmaqla bağlı kampaniyalar başlayıb04 İyul 2022, 12:18 (GMT +4) Bakı, 4 iyul, SalamNews. Türkiyənin iri şəhərlərində "Vatan" partiyası ölkənin NATO-dan çıxarılması üçün genişmiqyaslı kampaniyaya başlayıb.
SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti məlumat yayıb.
Partiyanın baş katibi Doğu Perinçek hesab edir ki, Türkiyənin Şimali Atlantika Alyansından çıxması ölkənin iqtisadi gələcəyinə müsbət təsir göstərəcək.
“Vətən” Türkiyə Böyük Millət Məclisində təmsil olunmur, bu partiyanın nümayəndələri Türkiyənin Avrasiya məkanı ilə sıx əməkdaşlığına fəal çağırış edir, həmçinin Krımı Rusiya ərazisi kimi tanıyır.
"Vatan” partiyasının ölkə daxilində başlatdığı “NATO-dan çıxaq!” kampaniyası cəmiyyətin bütün təbəqələrində maraqla qarşılanıb”, deyə qəzetdə bildirilir.
|